Moldova prezidenti Maya Sandu bu gün Ukraynaya rəsmi səfər edib.

Unikal.org Moldova KİV-ə istinadən xəbər verir ki, səfər xeyli maraqlı məqamlarla yadda qalıb. Belə ki, Maya Sandu Moldovanın paytaxtı Kişinyov şəhərindən Ukraynanın paytaxtı Kiyevə avtomobillə səfər edib. 470 kilometrlik yol qət edən Moldova prezidenti bu addımını qənaətcilliklə izah edib. Sosial şəbəkə istifadəçiləri isə bu qədər məsafənin avtomobillə gedilməsinin daha baha başa gəldiyini söyləyərək prezidenti tənqid ediblər.

Moldova prezidenti postunu tutan şəxsin Ukraynaya 6 ildən sonra ilk səfəri baş tutub. Sonuncu belə səfər 2015-ci ildə gerçəkləşdirilmişdi. Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə görüşü nəzərdə tutulan Maya Sandunun bu səfəri Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko tərəfindən narahatlıqla qarşılanıb. Belə ki, Poroşenko Sandunun əsas rəqibi olan oliqarx Ploxatnyukla biznes əlaqələrinə malikdir.