Ermənistan parlamentinin deputatı, müxalif İşıqlı Ermənistan Partiyasının sədri və fraksiya rəhbəri Edmon Marukyan baş nazir Nikol Paşinyanı tənqid edib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, E.Marukyan dünənki Moskva görüşü barədə danışıb. O qeyd edib ki, Nikol Paşinyan Ermənistan cəmiyyətinin tələblərini tam qarşılaya bilməyib. Deputatın sözlərinə gröə, razılığa gəlinən məqamlarla yanaşı, Ermənistanın mili maraqları baxımından başqa məsələlər lazım idi, amma o məsələlər həllini tapmayıb.
"Xalq Paşinyandan başqa şey gözləyirdi. Təəssüflər olsun ki, baş nazir gözləntiləri doğrultmadı", - deyə Marukyan bəyan edib.