İran ilk dəfə olaraq uranın metal birləşməsinin istehsalına başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) açıqlamasında bildirilib.

AEBA-nin baş direktoru Rafael Qrossi agentliyə üzv olan dövlətləri İranın metallı uran istehsalı ilə bağlı məlumtlandırıb. İranın məqsədi Tehrandakı araşdırma reaktorunu yeni növ yanacaqla təmin etməkdir.

İran Atom Enerjisi Agentliyinin təmsilçisi Kazım Qəribabadi bildirib ki, AEBA-nın müfəttişləri üç gün əvvəl bəhs etdiyimiz kimyəvi birləşmə istehsal edilən müəssisədə olublar.

Qrossi bir neçə gün əvvəl razılaşmanın bərpasına yaxın həftələrdə başlamağa çağıran açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, bir neçə aydan son bu gec olacaq.