Ermənistandakı "Adekvad" siyasi hərəkatının lideri Artur Danielyan bəyan edib ki, Ermənistanın Müdafiə Nazirliyi "İsgəndər" operativ-taktiki raket kompleksindən noyabrın 7-də istifadə edib.
Unikal.org xəbər verir ki, "Raket həmin gün səhər 09.00-da Şuşaya atılmışdı. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb", - A.Danielyan bildirib.