Rusiyanın xarici işlər naziri Sergey Lavrov qərbli siyasətçiləri Navalnı ətrafındakı məsələlərdən istifadə etməkdə ittiham edib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Lavrov bu mövzudan böhranlardan diqqəti yayındırmaq üçün istifadə edildiyini bəyan edib.

"Navalnı hekayəsi qərbli siyasətçilərə lazımdır. Ona görə ki, bununla krizislərdən diqqəti yayındırırlar", - deyə Rusiya XİN başçısı bildirib.