Rotşild ailəsinin yeganə varisi və "Edmond de Rothschild" qrupunun sahibi olan bankir Benjamin de Rotşild 57 yaşında ürək tutması səbəbiylə ölüb. 

Unikal.org xəbər verir ki, bu barədə Rotşildlər ailəsi mətbuata açıqlama verib.

Məlumata görə, Benjaminin İsveçrədəki evində infarktdan öldüyü qeyd edilib. 1963-cü ildə anadan olan Benjamin de Rotşild, Edmond və Nadine de Rotşildin oğlu və yeganə varisi idi. 1997-ci ildən bəri atasının yaratmış olduğu qurumlara başçılıq edirdi.  

Rotşlidlər ailəsini dünyanın müxtəlif ölkələrində 32 ofisi var. Belə ki,  2015-ci ildə quruma qoşulan həyat yoldaşı Ariane ilə birlikdə Rotşild imperatorluğunun inkişafına rəhbərlik edərək, özəl bankçılıq və varlıq idarəçiliyi sahəsində ixtisaslaşıb.  1953-cü ildə qurulan Cenevrə mərkəzli "Edmond de Rothschild" qrupu, hazırda dünyanın 173 milyard İsveçrə frankı varlığına (160 milyard avro), 2600 işçisinə və 32 ofisə sahibdir. "Rothschild", "Edmond de Rothschild" filialları aracılığıyla Argentina, Yeni Zelandiya, Cənubi Afrika, İspaniya və Fransadakı üzüm bağlarının sahibi və ya ortaq sahibi olaraq da bilinir.