Ermənistanın səhiyyə naziri istefa verib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, səhiyyə naziri Arsen Torosyan istefa ərizəsini hökumət başçısı Nikol Paşinyana təqdim edib. Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Paşinyanın onun yerinə Səhiyyə Nazirliyində nazir müavini postunu tutan Anait Avanesyanı təyin edəcəyi deyilir.

Qeyd edək ki, bir neçə gün öncə erməni mətbuatında bu mövzuda qeyri-rəsmi məlumatlar yayılmışdı.