Böyük Britaniyada son sutka ərzində 37 535 nəfər koronavirus infeksiyasına yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 433 494 nəfərə çatıb.
Ötən 24 saatda daha 599 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 89 860-a yüksəlib.
Məlumata görə, Britaniyada bu günədək 4 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub.