İraqın mərkəzi Babil əyalətinin şimalında yerləşən Cürf ən-Nəsr şəhərinin ərazisi hava zərbələri endirilib.

Unikal.org xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, zərbə endirilən ərazi İraq silahlı qüvvələrinin nəzarətindədir.

"Əl Arabiya" telekanalı növbəsində Cürf ən-Nəsr yaxınlığında "Kataib Hizbullah" qruplaşmanın mövqelərində üç partlayışın baş verdiyini bildirdi. Kanal mənbələrinin verdiyi məlumata görə, İraq ordusu xəsarət almayıb.