Moldovada sosial media vasitəsilə yetkinlik yaşına çatmayan uşaqların cinsi istismara məruz qalması faktları artmaqdadır.
Unikal.org-un Moldova KİV-lərinə istinadla verdiyi məlumata görə, bununla bağlı ölkə polisi vətəndaşları ayıq-sayıq olmağa çağırıb. Məlumata görə, 2020-ci ildə onlayn vasitələrlə uşaqların cinsi zorakılığa məruz qalmasına dair 41 fakt aşkarlanıb.
Uşaqlar üçün xüsusilə cəlbedici olan onlayn mühit onların cinsi istismara və insan alverinə məruz qalması üçün əlavə imkan yaradır. Məhz onları, xüsusən sosial media və mesajlaşma tətbiqetmələri vasitəsilə cinsi məqsədlər üçün cəlb edirlər. Orada cinayətkarlar qurbanlardan intim fotolarını və ya həqiqi görüşlərini tələb edir, onlayn mühitdə pornoqrafiya üçün uşaqlardan istifadə edirlər.