Meksikada yaşayan 24 yaşlı intern cərrah Mariana Sançez Davalos evində ölü tapılıb.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki,  ekspertizadan sonra gənc qadının boğulduğu məlum olub.

Məlumatda bildirilib ki, Mariana Sançez Davalos ölümündən bir neçə gün öncə polis bölməsinə gedərək təcavüzə məruz qaldığını deyib.

Qorxuya düşən qadın işlədiyi xəstəxanadan başqa yerə təyin olunmasını istəyib. Tələbi rədd edilən qadın işlədiyi yerdən 1 aylıq məzuniyyət alıb.

Lakin Davalos  məzuniyyətə çıxdığı günün sabahı öldürülüb.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb və istintaq aparılır. 

Təcavüzdən sonra depressiyaya düşən Mariananın dostları və qadın hüquqları fəalları boğularaq öldürülən gənc cərrah üçün aksiya keçiriblər.