Myanmada hərbi çevrilişə qarşı kütləvi itaətsizlik baş qaldırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə böyük tibb müəssisəsi sivil itaətsizliyə başlayıb. Belə ki, tibb işçiləri etiraz əlaməti olaraq işə çıxmaqdan imtina edirlər.

Həmçinin çevrilişdən sonra formalaşan hərbi rejim müəyyən yumşalmalara gedib. Çevriliş gecəsi həbs olunan 400 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, Myanmada seçkilərdə saxtakarlıq edildiyini əsas gətirərək yüksək çinli hərbçilər hərbi çevriliş ediblər. Prezident və nazirlər həbs olunub, silahlı qüvvələrin baş qərargah rəisi ölkədə faktiki dövlət başçısına çevrilib.