Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidməti Alayının komandirinə yeni müavin təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev YPX Alayının xidmət üzrə komandir müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Alay komandirinin şəxsi heyətlə iş üzrə köməkçisi idi.

Murad İbrahimli