Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. 

Unikal.org xəbər verir ki, evdən çıxarkən əynində göy rəngli qış gödəkçəsi, qara şalvar, ayağında çəkələk olub. 

Onun əlamətləri belədir: Boyu təxminən 150 sm.,  ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir. 

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə  (+99418) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.