Gürcüstan vətəndaşlarına Almaniyada müvəqqəti iş icazəsi veriləcək.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstan vətəndaşları Almaniyada 3 aylıq iş icazəsi ilə təmin olunacaqlar.
Bu barədə Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikradze məlumat verib. Qərar nazirin Almaniya səfiri ilə görüşündəki müzakirələrdən sonra verilib.
Müvəqqəti iş icazəsinin uzadılması isə 3 aydan sonra əvvəlki qaydada həyata keçiriləcək.