Türkiyənin ən reytinqli proqramlarında biri olan "Survivor" yarışması daha Dominikan Respublikasında keçirilməyəcək.
Unikal.org xəbər verir ki, layihənin rəhbəri prodüser Acun Ilıcalı yarışma üçün Türkiyənin Düzce şəhərində 50 hektar torpaq sahəsi alıb. Bundan sonra "Survivor" sözügedən ərazinin Gölormanı kəndində realllaşdırılacaq.
Acun torpaq sahəsi üçün 18 milyon lirə (4 milyon 336 min manat) ödəyib. Ilıcalının belə qərara gəlməsinə səbəb reklam gəlirlərinin azalmasıdır.