BMT-nin Əfqanıstandakı missiyasına aid iki maşına Kabil ilə Cəlalabad şəhərini birləşdirən magistral yolda silahlı hücum olub.

Unikal.org  xəbər verir ki, Əfqanıstanın "Ariana News" telekanalının məlumatına əsasən, avtomobillərdən birinin sürücüsü ölüb və onun idarə etdiyi nəqliyyat vasitəsi çaya düşüb.

Son məlumatlara görə, hadisə nəticəsində beş nəfər həlak olub.

Bildirilib ki, Kabil-Cəlalabad yolundakı təşkil edilən hücumda ölənlər arasında BMT əməkdşları yoxdur.