Yaponiyanın baş naziri Yosihide Suqa ölkənin Regional inkişafı üzrə naziri Tesusi Sakamotonu Tənhalıq üzrə nazir vəzifəsinə təyin edib.

Unikal.org xəbər verir ki, baş nazirin bu qərarı ölkədə gündəmə səbəb olub.

Nazirlər Kabinetinin baş katibi Kasunobu Kato:

"Yaponiya hökumətində tənha vətəndaşların problemləri üzrə məsul olan nazir vəzifəsi ilk dəfə yaradılıb. Bu təyinatın hədəfinə gəlincə, söhbət aşağı doğum səviyyəsi olan cəmiyyətin yaşlanması səbəbi ilə ortaya çıxan sosial problemlərin həllindən gedir. Bura həmçinin ilk növbədə qadınlar və gənclər arasında mövcud olan intiharlar problemi də aiddir.

Ölkədə tənha sakinlərin problemləri pandemiya dövründə kəskinləşib. Yaponiyada son 11 ildə ilk dəfə intiharların sayı kəskin artaraq 20 919-a çatıb.

Epidemiyalar zamanı məşğulluğun olmaması uşaqlara və evə qayğı yükünün artması stres səviyyəsini artırır."