Balakən rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə,  bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Çingiz Aslanov Balakən RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Orxan Həsənli