Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 507 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 264 665, ölənlərin sayı isə 3 336 nəfərə çatıb.
Virusa yoluxanlardan 256 684 nəfərin sağaldığı bildirilir.