Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 300 mini ötüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 2 379 007 nəfər olub. Ümumi yoluxma sayı isə 108 304 103 nəfərə çatıb.

80 353 459 nəfər isə virusa qalib gələrək sağalıb. COVID-19-a ən çox yoluxma və ölüm sayı isə ABŞ-da qeydə alınıb. ABŞ-ı Hindistan, Braziliya və Rusiya izləyir.