Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şəhid olduğu yerdə fotoşəkli əks olunan lövhə qoyulub.

Unikal.org xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.  

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Füzuli, Zəngilan və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.