Koreya Xalq Demokratik Respublikasının (KXDR - Şimali Koreya) lideri Kim Çen İn hökumət kabinəsi üzvlərini tənqid edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri 2016-cı ildə qəbul edilmiş 5 illik ümummilli iqtisadi inkişaf planının tətbiqində qoyulmuş məqsədlərə çatmağın mümkün olmadığını deyib.

İqtisadi inkişaf əvəzinə tənəzzül yaşandığını qeyd edən K.Ç.İn uğursuzluğun əsas səbəbkarının Şimali Koreya hökuməti olduğunu vurğulayıb. Nazirlərin fəaliyyətini sərt tənqid edən ölkə başçısı tezliklə cəzalandırılma və kadr dəyişikliklərinin baş verəcəyini anons edib.