Türkiyə ordusu İraqın şimalında 33 PKK terrorçusunu məhv edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində gerçəkləşdirilən “Pençe Kartal-2 Harekatı” əməliyyatı davam edir. Əməliyyat çərçivəsində PKK terror təşkilatının 33 üzvü zərərsizləşdirilib.