Rusiyada son bir gündə daha 15 089 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 042 837 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 507 nəfər artaraq 79 194-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 559 142 nəfər sağalıb.