ABŞ-da dünyaca məşhur səhiyyə təşkilatı Mayo Klinikasında çalışan türkiyəli Prof. Dr. Rahmi Öklü xərçəng toxumasını məhv edən dərman kəşf edib.
Unikal.org xəbər verir ki, Klinik Damar və Müdaxilə Radiologiyası Bölməsinin professoru Rahmi Öklünün rəhbərlik etdiyi qrup, xərçəng toxumasını məhv edən yeni bir ionik maye (maye duz) formulası hazırlayıb.
Belə ki, həkim bununla bağlı mətbuata açıqlama verərək, xərçəng müalicəsində ən böyük problemin dərmanı şişə çatdırmaq olduğunu xatırladıb. Öklü, ənənəvi metodlarda şişə çatmaq və içində qalmaq üçün yüksək dozada dərman verildiyini, bunların xəstədə yan təsirlərə səbəb olduğunu ifadə edib.
Prof. Öklü tərəfindən hazırlanmış metodda isə dərman birbaşa şişə çatır və onu məhv edir. Türk professor bu yanaşmanın xərçəngin təkrarlanma ehtimalını da azalda biləcəyini bildirib.