Türkiyədə qəribə olay baş verib.
Unikal.org xəbər verir ki, Balıqkəsir ərazisində yaşayan Cəlal Çakmak adlı şəxs qonşusu ilə torpaq üstündə dava edib. Mübahisədən sonra ortayaşlı kişi birmərtəbəli evinin damına çıxaraq intihar etmək istəyib.
Hadisə yerinə polislər cəlb olunub. O, yanına aldığı benzini üzərinə tökərək, yandıracağınıda deyib. Lakin fikrindən geri dönən Cəlal Çakmak, evinin damından düşməyə kömək edən polislərdən maska istəyib. Maska taxdıqdan sonra yerə düşən Cəlal qonşusunu polisə şikayət edib.