"Xahiş edirəm buna görə mənə töhmət verməyin".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aqil Abbas deyib.
“Yolumuz birdən həbsxanaya düşür. Görüşlər olur. Bu zaman şahidi oluruq ki, toplaşan adamların çoxu İrandan narkotik keçirən vətəndaşlardır. Həbsxana rəisi deyir ki, bu qədər iş vermişik, ölkəsinə qaytarırıq. Üstündən 6 ay keçəndən sonra yenidən həmin adam ölkəmizə narkotik keçirir. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti sərhəddə bu məsələylə bağlı mübarizə aparır. Ona görə də təklif edirəm ki, ikinci dəfə həbs olunanları İrana qaytarmasınlar. Cəzalarını elə burada çəksinlər. İranın adını çəkirəm. Xahiş edirəm, buna görə mənə töhmət verməyin”, - deyə A.Abbas söyləyib.
Spiker Sahibə Qafarova millət vəkilinə cavab verib. O qeyd edib ki, İran sözünə görə kiməsə töhmət verilməyib.