Bakının İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq Xudu Məmmədov küçəsi – Gəncə prospekti – Sadıqcan küçələri ilə təşkil edilib.