ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 2,11% artaraq 1 barelə görə 62,43 dollar təşkil edib.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,23% artaraq 59,47 dollar təşkil edib.