Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Unikal.org-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.