Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə partiya sədri Nika Meliya partiyanın qərargahında keçirilən brifinqdə çıxış edib.
"Biz indi ölkəni böhrandan çıxaracaq dəyişikliklərə getməliyik. Bu dəyişikliklər erkən seçkilərdən keçir. Hansı ki, növbədənkənar parlament seçkiləri bütün sferalarda qayda-qanun yaradacaq. Buna görə də mən bütün müxalifət partiyalarına səslənirəm ki, gəlin bu rejimlə danışıqlar masasına oturaq. Oturaq və yeni, erkən, növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə edək. Hakimiyyəti erkən seçkilərə çağırıram", - deyə N.Meliya bəyan edib.