Gürcüstan və Rusiyanı birləşdirən yeni yol inşa ediləcək.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu ilin mayınadək yolun tikintisi başladılacaq.
Belə ki, Msxeta-Stepanasminda-Lars avtomagistralının Kveşeti-Kobi-Qudauri hissəsində alternativ yol tikiləcək. Layihəyə görə, 22.7 kilometrliik yol və 6 körpü inşa ediləcək.
Qeyd edək ki, yolun bu hissəsində tez-tez ekstremal hava şəraiti yaşanır və qar uçqunu yaşanır. Nəticədə Rusiya və Gürcüstan, eləcə də Rusiya və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələri dayanır.