Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçiriləcək.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş gələn həftə keçiriləcək.

Rusiya və Belarus mətbuatında yayılan qeyri-rəsmi məlumatlara görə, görüş zamanı əsas müzakirə mövzusu Rusiyanın rəsmi Minskə 3 milyard ABŞ dolları kredit ayırması olacaq.