İran və İraq arasındakı sərhəd-keçid məntəqələri qapadılacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb koronavirusun mutasiyaya uğramış ştammlarının yayılmasıdır.

Belə ki, İranın Xuzistan ostanının rəhbərliyi bölgədə yeni ştammların yayıldığını və yayılmanın qonşu İraqdan qaynaqlandığını bəyan edib. Epidemioloji vəziyyəti stabilləşdirmək üçün Xuzistan ostanı ərazisindəki iki sərhəd qapısının bağlanmasına qərar verilib.

Şələmçə və Cəzzabə sərhəd-keçid məntəqləri sözügedən qərarla qapadılıb. Bu məntəqələrin nə vaxt açılacağı barədə məlumat verilməyib.