"Facebook" platforması Avstraliyadan daxil olan istifadəçilərin xəbər paylaşmasını əngəlləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb Avstraliyada texnologiya nəhənglərinin media orqanlarının istehsal etdiyi informasiya məhsulları üçün ödənişi icbari edən qanun layihəsinin müzakirəyə çıxarılmasıdır.
Buna görə də avstraliyalı istifadəçilərin xəbər paylaşmasının əngəlləndiyi açıqlanıb. Həmçinin başqa ölkələrdən olan istifadəçilər də Avstraliyada qeydiyyatdan keçmiş media qurumlarının xəbərlərini paylaşa bilməyəcək.