Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstanda baş verən hadisələrə münasibət bildirib.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, sabiq prezident müxalifətə dəstəyini ifadə edib.
Saakaşvili bəyan edib ki, müxalifətin növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə olan tələbləri haqlıdır. O, təşəbbüsləri dəstəklədiyini bildirib.
"Ümid edirəm ki, Gürcüstanda müxalifət qüvvələrinə kifayət qədər beynəlxalq dəstək də gələcək", - deyə Mixail Saakaşvili söyləyib.