Hindistanda kənd təsərrüfatı sahəsində çalışan insanlar dəmir yollarını bağlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan fermerləri ölkə ərazisindəki bütün dəmir yollarını qapadıblar.
Səbəb fermerlər üçün əlverişsiz olan yeni kənd təsərrüfatı haqqında qanunun qəbul edilməsidir. Dəfələrlə etiraz edən fermerlər 11 dəfə hökumət nümayəndələri ilə dialoqa getsələr də, müzakirələr nəticəsiz qalıb.
Qeyd edək ki, etirazçılar bundan əvvəl avtomobil magistrallarını da bağlamışdılar.