Venesuelanın prezidenti Nikolas Maduro ABŞ-ı dialoqa çağırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Maduro bunu ABŞ-a qarşı jest kimi qiymətləndirib.
Venesuela prezidentinin sözlərinə görə, Venesuelanın iqtisadiyyatını normallaşdırmaq və iki ölkə arasındakı gərgin münasibətləri qaydaya salmaq üçün dialoqa ehtiyac var.
"Biz ABŞ-la siyasi dialoqa hazırıq", - deyə Maduro söyləyib.
Nikolas Maduro Venesuela və ABŞ münasibətlərinin pozulmasına görə ABŞ-ın keçmiş prezidenti Donald Trampın məsuliyyət daşıdığını bildirib. Belə ki, o, Trampı Venesuelaya qarşı sanksiyalar tətbiq etməkdə ittiham edib.