Gürcüstanda baş nazir Georgi Qaxariyanın istefasından sonra müvəqqəti olaraq baş nazir səlahiyyətlərini icra edəcək şəxs məlum olub.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu şəxs Gürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvilidir.
Xanım siyasətçi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının Siyasi Şurasının üzvüdür.
Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Qaxariya hakim komandada fikir ayrılıqlarını əsas gətirərək bu gün istefa verib.