"Gürcüstan 90-cı illərdəki dövrünə qayıdır".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı, Polşanın keçmiş xarici işlər naziri Anna Fotıqa söyləyib. O, Gürcüstanda baş verən olaylardan təəssüfləndiyini bildirib.
"Gürcüstanda olanları izləyirəm. Xəbərlər gəlir. Gürcüstan 90-cı illərdəki turbulent dönəmə geri qayıdır. Təəssüfvericidir, yaxın vaxtlara qədər başqa ölkələrə nümunə göstərilən Gürcüstan indi 90-cı illərdəki dövrünə qayıdır", - deyə avroparlamentari bəyan edib.