Rusiya Federasiyası Müdafiə Nazirliyi Qarabağda sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı açıqlama yayıb.
Unikal.org xəbər verir ki, Rusiya MN sülhməramlıların qarşıya qoyulan tapşırıqları icra etdiyini vurğulayıb.
Bildirilib ki, 27 müşahidə postunda sutkalıq monitorinq həyata keçirilir. Atəşkəs rejiminə riayət olunmasına nəzarət edilir.
"Qarabağda atəşkəs rejiminə tam riayət olunur", - deyə əlavə olunub.