Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsində yaşanan siyasi böhrana münasibət bildirib.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, S.Zurabişvili ölkədə siyasi qütbləşmənin kritik və təhlükəli həddə çatdığını vurğulayıb.
Gürcüstan prezidenti bəyan edib ki, ölkədə baş verənlər stabilliyə qarşı təhdidə çevrilib və Gürcüstanın beynəlxalq imicinə zərbə vurur.
"Mən hesab edirəm ki, situasiyanın deskalasiyası zərurətə çevrilib və gərginliyin aradan qalxması üçün konstruktiv dialoqa ehtiyac var. Ümid edirəm ki, yeni baş nazirin rəhbərliyi ilə Gürcüstan hökuməti ağır siyasi prosesləri dayandıra biləcək və şəxsi siyasi ambimisiyaların ölkə maraqlarının önünə keçməsinə imkan verməyəcək. Siyasi böhran və müxalifətin son parlament seçkilərinin nəticəsini tanımaması demokratik təsisatlar üçün faciəlidir. İctimai etimad və inam itə bilər. Müxalifət və iqtidar arasında siyasi dialoqun başlaması üçün istənilən formada vasitəçilik etməyə hazıram. Ultimatumlar isə qəbuledilməzdir", - deyə S.Zurabişvili bəyan edib.