Ermənistanda əhalinin üçdə biri son müharibədəki məğlubiyyətin səbəbkarı kimi keçmiş hakimiyyəti görür.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Gallup" beynəlxalq sorğu mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Bildirilir ki, respondentlərin 32.2 faizi məğlubiyyətin səbəbkarları olaraq keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı məsul hesab edir.

Belə ki, sorğuda iştirak edən hər üç nəfərdən biri Paşinyanın 2.5 il hakimiyyətdə olduğu və ordu və hərbi sahədəki problemləri keçmiş hakimiyyətlərin yaratdığını düşünür.

Əhalinin 28.8 faizi isə əsas məğlubiyyətə görə müqəssir kimi Nikol Paşinyanı görür.