“ABŞ dünya səhnəsinə qayıdıb. ABŞ-ın Avropa ortaqları ilə əməkdaşlığı xarici siyasətin təməl daşıdır”.
Unikal.org xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq”, deyə ABŞ lideri vurğulayıb.
Bayden, həmçinin, ABŞ ilə Avropa arasındakı ittifaqın iki ölkə arasındakı münasibətlərdə və dünya səviyyəsində "açar" olduğunu deyib.