Türkiyədə zəlzələ hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Konyanın Tuzlukçu ilçəsində yaşanıb. Yer silkələnməsi Rixter şkalası ilə 3.8 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Dağıntı və itkilərlə bağlı məlumat yoxdur.