Ermənistan mətbuatında XİN başçısı Ara Ayvazyanın yaxın vaxtlarda istefa verəcəyi barədə xəbərlər yayılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan artıq istefa ərizəsini də yazıb. Ərizə hazırdır.

Ərizənin məzmunu və istefanın səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Ara Ayvazyan Qarabağ müharibəsindən sonra keçmiş XİN başçısı Zohrab Mnatsakanyanın istefasından sonra bu posta təyin olunub.