Türkiyənin İzmir sahillərində 36 qaçqın xilas edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yunanıstan tərəfindən Egey dənizində Türkiyənin daxili sularına doğru qovulan və tərk edilən 36 qaçqın xilas edilib.

Qaçqınlar Afrika əsilli insanlardan ibarət olub. Onlar qayıqda sahil-mühafizə xidməti tərəfindən İzmirin Dikili ilçəsi sahilinə çıxarılıblar.