Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının koronavirusa qarşı vaksinasiya prosesi ikinci mərhələ üzrə başa çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 1 900-dən çox hərbi qulluqçunu əhatə edən sülhməramlı kontingetin vaksinasiyası könüllü əsaslarla aparılıb. Bölgədə qurulan mobil hospitalda vaksin olunan hərbçilərlə yanaşı, hərbi həkim briqadası müşahidə postlarına ezam olunaraq orada xidmətdə olan sülhməramlıların da vaksin olunmasını təmin edib.

Rusiya istehsalı olan "Sputnik V" vaksinlərindən istifadə olunub. Müşahidə postlarına aparılan vaksinlərin keyfiyyətini itirməməsi üçün daşınma xüsusi termokonteynerlər vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, bir müddət öncə Qarabağdakı Rusiya sülhməramlılarının koronavirusa qarşı vaksinasiya prosesinin birinci mərhələsi gerçəkləşdirilmişdi.