İndoneziyada sel fəlakəti yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sel hadisəsi paytaxt Cakarta şəhərində baş verib. Aramsız yağan şiddətli leysan yağışları selə səbəb olub.

Dağıntılar nəticəsində 1 380 şəhər sakini evsiz qalıb. Sakinlərin təxliyə olunduğu və onlara lazımi kömək göstəriləcəyi ilə bağlı rəsmi açıqlama verilib. Hava proqnozları isə İndoneziya paytaxtında leysan yağışların bir müddət davam edəcəyini göstərir.